Niderlandın Utrex şəhərində çoxmərtəbəli yaşayış binasının yaxınlığında güclü partlayış baş verib.
Elchi.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” qəzeti məlumat yayıb.
Hadisə Transveyk-Nord rayonunda qeydə alınıb. Polisin məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binanın ön fasadına ciddi ziyan dəyib.
KİV-in yazdığına görə, mərkəzi pilləkən qəfəsinin yaxınlığında güclü partlayış səsi eşidilib, həmçinin binanın bir neçə hissəsində yanğın həyəcanı siqnalı işə düşüb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları daha çox partlayıcı maddə aşkar ediblər. Küçə mühasirəyə alındıqdan sonra mütəxəssislər partlayıcını zərərsizləşdiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Məryəm





















