image-hamastan-israil-terorunu-327_2-41backend

HƏMAS-dan “İsrail terrorunu dayandırın” çağırışı

HƏMAS BMT (BMT) və beynəlxalq ictimaiyyəti “İsrail terrorunu və Qəzza zolağına hücumlarını dayandırmağa” çağırıb.
Elchi.az xəbər verir ki, HƏMAS “21 Avqust Terror Qurbanlarının Beynəlxalq Anma Günü” ilə bağlı bəyanat yayıb.
BMT və dünya dövlətlərini “İsrail terroru”na son qoymağa çağıran bəyanatda “Fələstin xalqının 70 ildən artıqdır ki, davam edən sistemli terrorun qurbanı olduğu” bildirilib.
BMT və ölkələrin terror qurbanlarının anım günü ilə bağlı tədbirlər təşkil etdiyi xatırladılan bəyanatda Fələstin xalqının soyqırıma, qırğınlarla dəhşətli müharibələrə məruz qaldığı, Qəzzada 10 il ərzində sistemli şəkildə insan həyatının bütün elementlərindən məhrum edildiyi vurğulanıb.
Bəyanatda Fələstin xalqının qanuni hüquqları, torpaqları və özünümüdafiə mübarizəsi ilə bağlı “ədalətli davranılması” tələb edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki