Yaponiyanın ən hündür dağı olan Fuji dağı 130 illik rekordlar ərzində ilk dəfə bu qədər qarsız qaldı. Oktyabrın əvvəllərində qarın adətən pik həddinə düşdüyü Fuci bu il hələ də ağ örtüyünə qayıtmayıb. Bu gecikmə Yaponiya tarixində ən isti yayı keçirdikdən sonra baş verir.
Elchi.az AFP-ya istinadən xəbər verir ki, Fuji dağının zirvəsində ilk qar ötən il oktyabrın 5-də görülüb. Amma bu il havaların qeyri-adi isti keçməsi qar yağmasının qarşısını alıb. Yaponiya Meteorologiya Cəmiyyətinin məlumatına görə, Yaponiyada bu il (iyun-avqust aylarında) yay temperaturu orta səviyyədən 1,76°C yuxarı olub. Sentyabr ayı ərzində temperatur gözləniləndən yüksək idi; Bu, subtropik reaktiv axınının şimala doğru dəyişməsi və Yaponiya üzərindən daha isti cənub havası daşıması ilə əlaqələndirilirdi.
Reaktiv axınlar dünyanı gəzən sürətli hava axınları kimi tanınır və cənubdan gələn isti hava ilə şimaldan gələn soyuq havanın görüşməsi nəticəsində əmələ gəlir. Bu təsirlər nəticəsində Yaponiyada keçən ay temperaturun 35°C-dən çox olduğu 1500-ə yaxın bölgə “son dərəcə isti” kateqoriyasına aid edilib.
Şayəstə Hüseynova