Cənubi Koreyada bu il həddindən artıq istilər səbəbindən həyatını itirənlərin sayı 28-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Səhiyyə Nazirliyinə bağlı Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) məlumatlarına görə, mayın 20-dən bu yana isti vurması nəticəsində 28 nəfərin öldüyü, 2 min 994 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Həmçinin 997 min təsərrüfat heyvanının həddindən artıq istilər səbəbindən tələf olduğu bildirilib.
Nuranə Məmmədova