İtaliyanın Belkastro kəndində dərc olunan fərmanda sakinlərə “təcili tibbi yardım tələb edən heç bir xəstəliyə yoluxmamaq” əmri verilib.
Elchi.az xəbər verir ki, İtaliyanın ən yoxsul bölgələrindən birində yerləşən kəndin meri Antonio Torchia kənd sakinlərinə “xəstəliyin qarşısını almaq” üçün fərman verib.
Torchia, qərarın “açıqca yumoristik bir təxribat” olduğunu, lakin bölgədəki səhiyyə sistemindəki çatışmazlıqları vurğulamaq üçün təcili çağırışlarından daha təsirli olduğunu söylədi.
Kənddə yaşayan 1200 nəfərin təxminən yarısının 65 yaşdan yuxarı olduğunu deyən bələdiyyə sədri ən yaxın təcili yardım xidmətinin kənddən 45 kilometr aralıda olduğunu bildirdi. Torchia həmçinin bildirib ki, fövqəladə hallar xidmətinin çata biləcəyi yolun sürət həddi saatda 30 kilometrdir.
“Köməyə ehtiyacınız varsa, tək ümidiniz təcili yardım otağına vaxtında çatmaqdırsa, özünüzü təhlükəsiz hiss etmək çətindir” deyən Torchia bir İtalyan televiziya kanalına dedi və əlavə etdi ki, yollar demək olar ki, “hər hansı bir xəstəlikdən daha böyük risk” yaradır.
Kənddə növbətçi həkim məntəqəsi nizamsız fəaliyyət göstərir; Həftə sonları, bayram günlərində və ya iş vaxtından kənarda xidmət göstərmir.
Şayəstə Hüseynova