Bu günlərdə “Şirkəti talayanlar məsuliyyətdən yayınmaq üçün mühacir medianı şantaj vasitəsi seçdilər” başlıqlı araşdırmanı oxuculara təqdim etmişdik.
Qeyd edək ki, ölkənin aparıcı media quruluşlarında da böyük maraq doğuran bu araşdırmada müxtəlif qurumlarda vəzifə tutan Xaliq Məmmədov adlı şəxsin əlaltısı olan Yusif Əzizovun və başqalarının “SARA QRUP” şirkətini necə talan etməsindən söhbət açılır.
Xaliq Məmmədov başda olmaqla adıçəkilən şəxslər bu talançılığa görə məsuliyyətdən yayınmaq üçün Azərbaycan dövlətinin, onun hakimiyyətinin düşməninə çevrilən mühacir Tural Sadıqlı adlı şəxsin youtube kanalı vasistəsi ilə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Vəli Nağıyevi hədəf alaraq, onun ünvanına böhtan danışıblar.
Həmin şəxslərin ifşasından sonra Xaliq Məmmədov qeyri-populyar saytlarda məqalə yazdırmaqla dövlətin və hakimiyyətin düşmənləri ilə işbirliyini ört-basdır etməyə çalışıb.
Yusif Əzizovu “Azad söz” adlı kanala çıxmağa təhrik və təşkiledən bu şəxs indi həmin kanalla işbirliyini gizlətməyə çalışdığı yazıda, necə deyərlər, qaş düzəltmək istədiyi yerdə göz də çıxarmaqla özünü daha da çıxılmaz vəziyyətə salıb.
Əslində arxasında oyunlar qurduğu Vəli Nağıyevə bu dəfə tərif deməsi isə onun kimliyini bir daha ortaya çıxarır.
Qısaca qeyd edək ki, Xaliq Məmmədovla bağlı kiçik araşdırmamızda onun xidmət etdiyi bütün şəxslərə dönük çıxdığı bəlli olub.
Vaxtilə çalışdığı Ərzaq Tədarükü Xidmətindən necə kənarlaşdırılması barədə onu tanıyanlar bilir. Bundan başqa sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə də gəldiyi kələyin üstü açılıb və onun da yanından qovulub.
Onun ən böyük zərər vurduğu adam isə “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov olub.
Hökumət strukturlarında etibarını itirən bu şəxs sonradan iş dünyasına baş vurmaq qərarına gəlib. Burada da xəyanətlərinin ifşası uzun çəkməyib. Məlumatlara görə, artıq əməllərinin ifşa olunmasından sonra Xaliq Məmmədov heç yerə yaxın buraxılmır.
Onunla bağlı növbəti sensasiya hesab olunası araşdırmamızı yaxın günlərdə izləyə bilərsiniz.Moderator.az