Almaniyanın şərq əyalətlərindən biri olan Brandenburq kritik seçki üçün sandıq başına getdi. İlk nəticələrə görə, Sosial Demokrat Partiyası 32 faiz səslə öndədir.
Elchi.az xəbər verir ki, Brandenburqda insanlar ştat parlamentinin üzvlərini seçmək üçün sandıq başına gedib.
İlk nəticələrə görə, Sosial Demokrat Partiyası 32 faiz səslə öndədir.
İkinci yerdə 29 faiz səslə ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası qərarlaşıb.
BSW 12 faizlə üçüncü yeri tutduğu halda, Xristian Birlik Partiyası 11 yarım faizlə dördüncü partiya olub.
AFD-nin əvvəlki seçkilərlə müqayisədə 5,5 faiz səs artımı xüsusilə immiqrasiya, yaşayış xərcləri və təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlara əsaslanan etiraz səsverməsi kimi qəbul edilir.
Şayəstə Hüseynova