image-fil-elephant-reu-1644851_1backend

ABŞ məhkəməsi fillərin insan olmadığına qərar verib

ABŞ-ın Kolorado ştatında zooparkda 5 filin azad edilməsi üçün açılan iddia məhkəmə tərəfindən rədd edilib. Ali Məhkəmə fillərin qanuni olaraq “insan” sayıla bilməyəcəyinə qərar verib.
Elchi.az xəbər verir ki, Heyvan haqları müdafiəçiləri Missy, Kimba, Lucky, LouLou və Jambo adlı fillərin zooparkda əsirlikdə saxlandıqlarını əsas gətirərək, onların fil sığınacağına köçürülməsini tələb edərək məhkəməyə müraciət ediblər. Müraciətdə fillərin də həbsdə olan insan kimi qanuni hüquqlara malik olması lazım olduğu və habeas corpus prinsipi ilə azadlıqlarının istəndiyi iddia edilib.
Bununla belə, Kolorado Ali Məhkəməsi 6-0 qərarı ilə habeas korpusun heyvanlara deyil, yalnız insanlara aid olduğu qənaətinə gəlib. Məhkəmənin hakimlərindən biri Mariya Berkenkotter bildirib ki, fillər nə qədər koqnitiv, psixoloji və sosial cəhətdən inkişaf etmiş olsalar da, hüquqi şəxs sayılmırlar.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki