Ehtiyatda olan alman polkovnik Ralf Thiele bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyanın kütləvi zərbələrinə cavab vermənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib.
Elchi.az-ın xəbərinə görə, o, bu barədə “Focus”-a müsahibəsində bildirib.
“Hazırda belə görünür ki, cavab zərbəsi ilə bağlı riskli ideya çox güman ki, Ukraynanın xeyrinə başa çatmayacaq”, – deyə o, Ukrayna dövlət başçısının hadisələrə mümkün reaksiyasının nəticəsini dəyərləndirərək, fikirlərini bölüşüb.
Nəşrin həmsöhbətinin fikrincə, Rusiya Federasiyasına hücumlar yalnız Rusiya lideri Vladimir Putini daha da qəzəbləndirəcək.
Alman polkovnikin sözlərinə görə, Ukraynadakı münaqişə daim yeni səviyyəyə qalxır.
Yeganə