Yollarda görmə məsafəsi məhdudlaşacaq

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.