Yeni Zelandiya, yeni nəslin siqaret çəkmə vərdişini tamamilə cilovlamaq üçün 14 yaşından kiçiklərin siqaret almasını tamamilə qadağan edən və bundan sonra hər il bir il artıran dünyada ilk qanunu qəbul etdi.
Elchi.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall parlament iclasında hökumətin “Siqaret çəkməyə qarşı 2025 Fəaliyyət Planı”nı işə saldığını açıqlayıb.
Verrall, “Siqaret çəkmə nisbətləri düzgün istiqamətdə hərəkət edərkən, hədəfimizə çatmaq üçün daha çox, daha sürətli işlər görməliyik” dedi.
Siqaretdə vergi artımının fayda vermədiyini qeyd edən Verrall, bunun “insanların siqareti buraxmasına kömək etməyəcəyini, yalnız vərdişdən qurtulmaq üçün mübarizə aparan siqaret çəkənləri cəzalandıracağını” ifadə etdi.
Digər tərəfdən Verrall, “Biz gənclərin heç vaxt siqaret çəkməməsini təmin etmək istəyirik, buna görə də yeni gənclər qruplarına hisə verilmiş tütün məmulatlarını satmağı və ya tədarük etməyi cinayət hesab edəcəyik. Qanun qüvvəyə minəndə, 14 yaşı olanlar heç vaxt qanuni olaraq tütün ala bilməyəcəklər”.
Şayəstə