“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib.
Elchi.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Yuri Maksimova tapşırılıb. Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.
Bildirilib ki, məşqçilər heyətinə digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.





















