Fransalı hücumçu Kilian Mbappe İspaniya La Liqasında oktyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.
Elchi.az xəbər verir ki, “Real Madrid”in oyunçusu oktyabr ayında keçirdiyi 3 oyunda 4 qol vuraraq bu ada sahib çıxıb.
K.Mbappe “Vilyarreal”la qarşılaşmada qol vura bilməsə də, “Sevilya” və “Barselona” ilə oyunların hər birində dubl edərək fərqlənib.



















