Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəqiqləşib.
Elchi.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunlarından sonra ölkəmizin əmsalı dəyişməyib.
Azərbaycan əvvəlki kimi 24.187 əmsalla 24-cü pillədə qərarlaşıb. İsrail 24.125 əmsalla 25-ci, Ukrayna isə 24.837 əmsalla 23-cü sıradadır.
Reytinq cədvəlinə 107.685 əmsalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, “Sabah” IV turda Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olub.





















