ABŞ-nin Yaponiyanın Okinava adasındakı hərbi kontingentinin komandanlığı sıravi və serjant heyəti üçün tətbiq edilən komendant saatının müddətini dekabrın 7-dək uzadıb.
Elchi.az xəbər verir ki, komandanlığın rəsmi bəyanatına əsasən, hərbçilərə saat 00:00-dan 05:00-dək bazaların ərazisini tərk etmək qadağan edilir.
Xatırladaq ki, məhdudiyyət oktyabrın əvvəlində amerikalı dəniz piyadasının yerli sakini qətlə yetirməkdə və qarət etməkdə şübhəli bilinərək həbs olunmasından sonra tətbiq olunub. Bu hadisə Yaponiyada kəskin etirazlara, Baş nazir Sanae Takaitşinin və digər kabinet üzvlərinin sərt reaksiyasına səbəb olub.
Məhdudiyyətin noyabrın 8-də başa çatması planlaşdırılsa da, qeydə alınan çoxsaylı nizam-intizam pozuntuları səbəbindən müddətin uzadılmasına qərar verilib. Oktyabrın 28-də Yaponiyanın Müdafiə naziri Şinciro Koizumi ABŞ-nin müdafiə naziri Pit Heqset ilə görüşündə amerikalı hərbçilər arasında intizamın bərpası üçün təcili tədbirlər görülməsini tələb edib. Eyni məsələ iki ölkənin xarici işlər nazirləri səviyyəsində də qaldırılıb.
Şayəstə





















