Fransanın Milli Mitinq parlament qrupunun rəhbəri Marin Le Pen bütün parlamentarilərin ölkənin gələn il büdcəsini qəbul etməkdən imtina etməsinə münasibət bildirib.
Elchi.az xəbər verir ki, Le Pen bu barədə jurnalistlərə bildirib.
“Fransa Prezidenti Emmanuel Makron görünür, büdcənin rədd edilməsi baxımından bütün mümkün rekordları qırıb: heç bir şəxs, hətta öz deputatları da buna səs vermədi”.
O, vurğulayıb ki, Fransa prezidentinin hakimiyyətinin alacakaranlığı olduqca acınacaqlı görünür.
Fransa Milli Assambleyası 2027-ci il dövlət büdcəsi layihəsini birinci oxunuşda rədd edib. 458 üzv təklif olunan büdcənin əleyhinə səs verib.
Bundan əvvəl Elabenin keçirdiyi sorğuya əsasən, Fransa ictimaiyyətinin dövlət başçısına inamının cəmi 13% olduğu bildirilmişdi. Makron sələfi Fransua Ollandın ictimai etimad rekordunu qırıb.
Yeganə





















