ABŞ Vaşinqtonda İranın mümkün hücumu ilə bağlı yayılan məlumatlar fonunda öz ünvanına real təhdid qeydə almır.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Loren Bis bəyan edib. O, administrasiyanın bütün potensial təhlükələri izlədiyini, lakin hazırda ölkə üçün inandırıcı və real təhdidin olmadığını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl CNN telekanalı mənbələrə istinadən məlumat yaymışdı ki, İran Vaşinqtonda “çirkli bomba”nın mümkün partladılması planlarını hazırlayır. Hücumun hədəflərinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri ola biləcəyi bildirilirdi.
Amerika lideri isə öz növbəsində bəyan edib ki, belə bir hücum olacağı təqdirdə ABŞ İrana misli görünməmiş gücdə zərbə endirəcək.
Məryəm





















