Torpaq sahəsinin planı və və ölçüsü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılacaq.
Elchi.az xəbər verir ki, bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, qanun layihəsi “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların şəxsi hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzardə tutur.
“Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən melkiyyət hüququnu təsdiq edilən şəhadətnamələr tərtib edilib. Bu proses 2006-cı ilin iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədi (plan-ölçü) verilməyə başlanılıb.
Nəgticədə vətəndaşların bir qismi 2006-cı il iyulun 6-da şəhadətnamə aldığı halda, digərqismi həmin müddətək müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr əv\əzinə yalnız texniki xarakterli plan-ölçü verilib.
Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmayhıb. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı verilib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plam-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2015-ci il fevralın 6-dək olan dövrdə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərrtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərind mülkiyyət hüququqnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.



















