Avropa İttifaqına üzv dövlətlər Macarıstana veriləcək 6,3 milyard avroluq Birlik vəsaitinin dayandırılması və ölkəyə COVID-19-un iqtisadi nəticələrinə qarşı ümumilikdə 5,8 milyard avro qrant almasına imkan verəcək bərpa planını təsdiqləmək qərarına gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurası, üzv dövlətlərin nümayəndələrinin AB büdcəsini qanunun aliliyinə bağlayan mexanizm çərçivəsində Macarıstana veriləcək vəsaitlərin vəziyyəti və qiymətləndirilməsi ilə bağlı qərarlar qəbul etdiyini açıqlayıb.
“Macarıstan qanunun aliliyi bəndi mexanizmi çərçivəsində yalnız məhdud düzəldici tədbirlər gördüyü üçün Şura 6,3 milyard avronun dayandırılmasına qərar verib”, – bəyanatda deyilir.
Üzv dövlətlərin Birliyin büdcəsinin qorunması ilə bağlı qərarın ixtisaslı səs çoxluğu ilə qəbul edildiyinə diqqət çəkilərək, Macarıstanın dövlət satınalmaları, araşdırma prosedurları və korrupsiya ilə mübarizə kimi sahələrdə problemlərinin olduğu qeyd edilib.
Şayəstə