ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqot məlumat verib.
Piqot “Fox News”a açıqlamasında bildirib: “Prezident Tramp və Dövlət katibi (Marko) Rubionun rəhbərliyi dövründə Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib”.
O, bunu administrasiyanın Amerika xalqının təhlükəsizliyini təmin etmək istiqamətindəki sarsılmaz qətiyyətini simvolizə edən “tarixi mərhələ” adlandırıb.
“Hər bir viza qərarı milli təhlükəsizlik məsələsidir. Görünməmiş miqyasda həyata keçirilən davamlı yoxlamalar vasitəsilə biz cinayət törətmiş, terrorizmi dəstəkləyən, amerikalıları aldadan və ya miqrasiya sistemimizdən sui-istifadə edən şəxsləri müəyyən edirik”, – deyə Piqott qeyd edib.
O, ABŞ vizasının bir hüquq deyil, imtiyaz olması barədə administrasiyanın mövqeyini bir daha vurğulayıb. Onun sözlərinə görə, əgər həmin imtiyazdan sui-istifadə etsəniz, onu itirərsiniz.
Bazar ertəsi Dövlət Departamenti Boliviya, Kolumbiya, Ekvador və Perunun korrupsiyada və ya narkotik qaçaqmalçılığına şərait yaratmaqda şübhəli bilinən bir sıra vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq etdiyini elan etdi.
Yeganə





















