Amerikalı sahibkar İlon Mask ABŞ Müdafiə Nazirliyinin “Meridian” adlı yeni layihəsinin rəhbər heyətinə qoşulacaq. Bu layihə gələcək hərbi münaqişələrdə ABŞ-ın texnoloji üstünlüyünü təmin etmək məqsədilə perspektivli istiqamətlərin və imkanların müəyyənləşdirilməsi vəzifəsini daşıyır.
Elchi.az xəbər verir ki, nazirlik bu təşəbbüs barədə öz veb-saytında məlumat yayıb.
Açıqlamada bildirilir ki, “Meridian” layihəsinin işə salınmasını ABŞ Müdafiə Nazirliyinin texnologiya üzrə baş direktoru Emil Maykl əlaqələndirir; layihəyə isə İlon Mask, Palmer Laki və Nyut Qinqriç birgə rəhbərlik edəcəklər.
Təşəbbüs qabaqcıl sistemlərin tətbiqini sürətləndirmək məqsədilə özəl sektor nümayəndələrini, sahibkarları və texnologiya mütəxəssislərini cəlb etməyi hədəfləyir.
Elə həmin gün “The Washington Post” qəzeti xəbər verdi ki, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən sonra Müdafiə naziri Pit Hegseti vəzifədən kənarlaşdırmağı nəzərdən keçirə bilər. Bununla belə, köşə yazarı Teodor R. Consona görə, Pentaqonda aparılacaq kadr dəyişikliyi hazırkı rəhbərin fəaliyyət dövrünün nəticələrini aradan qaldırmayacaq.
Yeganə





















