Rusiyanın Terrorla Mübarizə Komitəsi 400-dən çox “millətçi” və “müharibə cinayəti” törədən ukraynalının Rusiya sərhədlərini keçməyə cəhd edərkən saxlanıldığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun sədrliyi ilə Terrorla Mübarizə Komitəsinin iclası keçirilib.
İclasda dəyərləndirilən bəyanatda bu il görülən işlər qiymətləndirilib və bildirilib ki, “400-dən çox Ukrayna millətçisi və hərbi cinayət törətmiş şəxs dövlət sərhədini keçməyə cəhd edərkən nəzarət-buraxılış məntəqələrində yaxalanıb. 1026 nəfər Terror aktlarında iştirak edənlərin Rusiya Federasiyasına daxil olmasına icazə verilməyib”.
Açıqlamada bildirilib ki, iclasda terror təhdidlərinə qarşı əlavə tədbirlərin görülməsinə qərar verilib.
Şayəstə