Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrə COVID-19 epidemiyası ilə əlaqədar tətbiq edilən bütün səyahət məhdudiyyətlərini ləğv etməyi tövsiyə edib.
Elchi.az xəbər verir ki, Avropa Şurası COVID-19 səyahət məhdudiyyətləri ilə bağlı tövsiyəsini yeniləyib.
Yenilənmiş qərarda bildirilib ki, ictimai sağlamlıq səbəbi ilə qoyulan qadağalar tamamilə geri götürülməlidir.
Bildirilib ki, epidemiya pisləşərsə, Avropa İttifaqına üzv dövlətlər koordinasiyalı şəkildə səyahət üçün peyvənd, sınaq və karantin öhdəliyi kimi müvafiq tədbirləri yenidən aktivləşdirə bilərlər.
Bildirilib ki, COVID-19 xəstəliyinə səbəb olan virusun yeni və narahatedici variantının ortaya çıxması halında üzv dövlətlər fövqəladə, birgə və müvəqqəti səyahət məhdudiyyətləri tətbiq edə bilərlər.
Şayəstə