Almaniyada polisin Letzte Generation ətraf mühit qrupunun üzvlərinin evlərinə basqın etdiyi bildirilir.
Elchi.az xəbər verir ki, bu barədə “Son Nəsil” qrupunun Twitter hesabından verdiyi açıqlamada polisin səhər saatlarında bəzi evlərə “cinayətkar təşkilat yaratmaq” ittihamı ilə basqın etdiyi, noutbuk, mobil telefon və digər bu kimi elektron cihazların müsadirə edildiyi bildirilib.
Açıqlamada Almaniya hökumətinin iqlim siyasəti bir daha tənqid edilib.
“Sonuncu nəsil” fəal qrupu son bir ildə demək olar ki, hər gün nümayişlər keçirir. Fəallar özlərini yollara yapışdıraraq küçələrdə nəqliyyatın hərəkətini əngəlləməklə yanaşı, muzeylərdə, stadionlarda, dövlət idarələrində və hava limanlarında nümayişlər keçirirlər.
Ancaq bu hərəkətlər ictimai asayişi pozduqları səbəbilə hökumətin reaksiyasını çəkir.
Şayəstə