Bildirilib ki, bir çox ukraynalı silah mütəxəssisləri Çexiyadakı silah fabriklərində birgə layihələrə cəlb olunacaqlar.
Elchi.az xəbər verir ki, bu barədə Çexiya müdafiə nazirinin müavini Tomas Kopecny Çexiya radiosuna Ukraynadan çoxlu sayda silah mütəxəssisinin işə götürüləcəyini açıqlayıb.
Kopeçnı iki ölkənin baş nazirlərinin oktyabrda imzaladığı razılaşmaya uyğun olaraq, Praqa və Kiyevin silahların birgə istehsalı üçün əməkdaşlıq edəcəkləri, buna görə də minlərlə ukraynalı silah mütəxəssisinin Çexiya fabriklərində çalışacağı barədə məlumat paylaşıb.
Kopecny əməkdaşlıqla hər iki ölkənin silah potensialının artırılmasının hədəfləndiyini, ukraynalı mütəxəssislərə daha təhlükəsiz mühitdə işləmək imkanı təklif ediləcəyini bildirib.
Kopecny qeyd edib ki, silah istehsalı ilə yanaşı, təmir və modernləşdirmə də nəzərdə tutulur və bu əməkdaşlığın ilk məhsullarının 2023-cü ilin birinci yarısında alınması planlaşdırılır.
Şayəstə