Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ Palçıq Vulkanında bu gün saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.
Elchi.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.
Onun sözlərinə görə, vulkan Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxildir:
“Püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır”.





















