"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
in SİYASƏT
FacebookVatsap

İkinci dünya müharibəsi beynəlxalq münasibətlər sistemini köklü şəkildə dəyişdirdi. Lakin Sovetlərin qələbəsindən sonra müttəfiqlərin birgə siyasi iradəsi ilə yaradılan Birləşmiş Millətlər Təşkilatı 81-ci ilində daha böyük çağırışlar və risklər qarşısındadır. Yalnız bir fərqlə – dünyanın bir nömrəli təşkilatının hazırkı siyasi gündəliyi Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təminatı üçün seçdiyi yolun doğruluğunu sübut edir.

Bunu da oxuyun

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Yüzlərlə dövlət və hökumət rəhbərinin çıxışları vahid bir məzmunda birləşir – yeni dünya nizamı hələ çox uzaqdadır. BMT tribunasının özü getdikcə xalqları və dövlətləri birləşdirən kürsüdən çox, ideoloji qarşıdurmaların, hərbi gücün , geosiyasi hesabların və dövlətlərarası düşmənçiliyin nümayiş olunduğu meydana çevrilir. Baş Assambleya sədrinin özü belə açılış nitqində birlik çağırışlarını səsləndirmədi, dünyanın parçalanmas əsas zalda nümayiş olundu, təhlükəsizlik, dialoq və ortaq məsuliyyəti önə çəkən çıxışlar az eşidildi. Nüfuzlu Reuters agentliyi keçirilən sessiyanı Ukrayna və Yaxın Şərqdə davam edən müharibələrə, İran ətrafında genişlənən qarşıdurmaya görə beynəlxalq təhlükəsizlik böhranını qurumun varlığına “böyük təhdid” adlandırır.

Tanınmış beyin mərkəzi Chatham House sürətlə formalaşan çoxqütblü dünyada BMT-nin aqibətini sual altında göstərir, Brookings isə qurumun dərin ziddiyyətlər içərisində olduğunu, Təhlükəsizlik Şurasının iclaslarının tez-tez bloklandığını, təşkilatın maliyyə çatışmazlığı ilə üzləşdiyini xüsusi vurğulayır.

İndi dünyada münaqişələrin sayı əvvəlki dövrlə müqayisədə daha da artıb. Sovetlərdən sonra Qərbin triumfal qələbəsi eyforik vəziyyət yaratmışdı. Mötəbər mənbə olan Uppsala Conflict Data Programı 2025-ci ildə 65 silahlı münaqişə qeydə alıb və açıqlanan rəqəmlər 1946-cı ildən bəri ən yüksək göstəricidir. Belə şəraitdə Finlandiyanın dövlət başçısı Aleksandr Stubb sistemli institusional təklif irəli sürür. Onun “yeni San-Fransisko anı” adlandırdığı yanaşma – 1945-ci ildə yaradılmış beynəlxalq sistemin XXI əsrin güc balansına uyğunlaşdırılması deməkdir. Kiçik dövlət üçün cəsarətli bir çağırışın məntiqi çox aydındır: dünya dəyişib, qüvvələr nisbəti əvvəlki tək deyil, XXI əsrin siyasi arxitekturası olduğu kimi qala bilməz.

Son illər Birləşmiş Ştatlarla tarif müharibəsi yaşayan Kanadanın Baş naziri Mark Carney isə bütün dövlətləri eyni anda razılaşa bilmədiyi məsələlərdə çevik koalisiyalar qurmağı çıxış yolu kimi görür.

Braziliya Prezidenti Lula da Silva isə başqa problemə – beynəlxalq sistemin təmsilçilik böhranına toxunur. Qlobal Cənubun artan iqtisadi və demoqrafik çəkisi BMT-nin qərarverici strukturlarında eyni dərəcədə görünmür.

Lakin keçmiş sovet məkanı BMT tribunasından səslənən ideyaları ən yaxşı test edən, son 36 ildə qlobal toqquşmaların əsas ünvanı kimi gələcək dünya təhlükəsizliyinin konturlarını da verə bilər.

Təkcə son Ukrayna müharibəsi yüzlərlə qətnamə, bəyanat və keçirilən sonsuz diplomatik raundlar qanlı savaşa son qoymaq üçün yetərli olmadı. Sayı 25 mindən artıq adlı sanksiyalar, bir trilyon dollara çatan hərbi, maliyyə və humanitar yardımlar tərəflərin bəyan etdiyi hər həftəon minlərlə canlı itkilərin qarşısını almaqda acizdir.

Lakin bir münaqişənin nəticələri indi BMT-də liderlərin axtardığı yeni dünya nizamını qurmağa imkan verir. Tarixi rakurs çox gərəklidir – bəllidir ki, Ermənistan-Azərbaycan arasında silahlı qarşıdurma Sovetlər sisteminin iflasında mühüm rol oynadı. Çörçilin Fultonda əsasını qoyduğu soyuq müharibə əslində məhz Qarabağda qaynar fazaya keçdi.Çünki hər iki respublika müstəqil deyildilər və Almaniyanın birləşməsi ilə başa çatan iki ideoloji qütbün savaşı Qafqazda yeni mərhələyə keçdi.1989-cu ildə BMT Baş Assambleyasının 44-cü sessiyası keçirilirdi, Azərbaycan və Ermənistan isə hələ də SSRİ-nin tərkibində idi. Yetmiş illik imperiyanın süqutu milli münasibətlər sistemində dərin böhranının birbaşa nəticəsi oldu.

SSRİ dağılandan sonra münaqişə BMT-nin üç həlledici üzvü arasındakı nüfuz və maraqlar savaşına çevrildi. 1990-cı illərin əvvəli beynəlxalq institutlara böyük ümidlər dövrü idi, hələ regional münaqişələrin siyasi vasitəçiliklə həll olunacağına inam vardı. Nəticədə 1992-ci ildə Minsk prosesi yaradıldı, 1993-cü ildə isə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul olundu. O dövrdə zəif diplomatiya və vahid nizami ordunun yoxluğu şəraitində Azərbaycanın işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılmasını tələb edən sənədlər mühüm nailiyyət sayırdı.

Sonrakı iyirmi yeddi ildə Qarabağ münaqişəsi Minsk Qrupunun inhisarına keçərək, regionu nüfuz dairəsinə bölən dövlətlər arasında beynəlmiləl savaş zonasına çevrildi. Lakin milli lider Heydər Əliyevin hələ o zamanlar BMT kürsüsündən dünyaya verdiyi mesaj gələcəkdə bir milli dövlətin ərazi bütövlüyü və suverenliyi üçün yox, bütün dünyadaədalətli sülhün təminatının əsas düsturu sayıla bilərdi.

Ayaz Mütəllibov və Əbülfəz Elçibəy dövründə ölkəmiz artıq BMT üzvü olsa da, heç biri Baş Assambleyanın ümumi debatında çıxış etməmişdi. 29 sentyabr 1994-cü ildə Heydər Əliyev BMT tribunasına çıxan müstəqil Azərbaycanın ilk dövlət başçısı oldu. Həmin nitqində o, Qarabağ münaqişəsinin həll yolunu uzaqgörənliklə irəli sürdü. “Biz Ermənistan tərəfinə beynəlxalq hüquq, ədalət və humanizm əsasında sülh təklif edirik”, – deyən Əliyev eyni zamanda Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verildiyini, kommunikasiyaların bərpasını və ərazi bütövlüyünü ölkəsinin dəyişilməz şərtləri kimi təqdim etdi.

Heydər Əliyevin BMT-dən verdiyi tarixi mesajlar üstündən on illər keçdikdən sonra da siyasi əhəmiyyətini və aktuallığını qoruyub saxlayırdı: əgər Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar icrasız qalırsa, o zaman heç bir qüvvə milli dövlətlərin öz torpaqlarını hərbi yolla azad etmək hüququna qarşı çıxa bilməz.

Zaman göstərdi ki, beynəlxalq institutlar geosiyasi maraqlar üçün alətdir. Azərbaycan öz üzərində Avropa və Qərb təşkilatlarının, o cümlədən qlobal media və üçüncü sektorun işğala necə haqq qazandırdıqlarını ən çox yaşayan nadir ölkədir. Ona görə də 2020-ci ilin 27 sentyabrı – Vətən müharibəsinin başlanması günü işğal olunan torpaqların azad olunması və suverenlik savaşından çox beynəlxalq münasibətlər sisteminə qarşı açıq üsyandır. Geosiyasi inqilab ilk növbədə, regionda məğlubiyyət üzərində qurulmuş istismarçı vasitəçilik missiyasının dağıdılmasıdır. İlham Əliyevin dünya liderliyini nümayiş etdirən Zəfərin BMT-də tanınması təkcə qəbul edilən qətnamələri həyata keçirən bir liderə hörmət olmazdı, eyni zamanda, dünyada nüfuzunun xilası üçün üzərinə qlobal missiyanı götürən təşkilata da ehtiram gətirərdi. İndi xarici ölkə başçılarının axtardığı yeni qlobal təhlükəsizlik sisteminin əsası məhz Qarabağda – 44 gündə qoyulub.

Qarabağı digər münaqişələrlə eyniləşdirmək mümkün deyil: onların tarixi şəraiti, hüquqi mərhələləri və siyasi statusu, demoqrafiyası, xarici dövlətlərin iştirakı və güc balansı fərqlidir.

Dnestryanı münaqişə də sovetlərin dağılmasının məhsuludur. Eyni tarixi dəyişikliklər dövründə Moldovada baş qaldıran separatizm dalğası üç onillikdən sonra da yekun siyasi həllini tapmayıb.

Abxaziya və Cənubi Osetiya da oxşar hərəkatın nəticəsidir, lakin 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra problem daha mürəkkəb mərhələyə daxil oldu. Kosovonun tanınması ilə keçmiş Yuqoslaviyanın yerində yeni dövlət inşa edən Kondoliza Rays Kreml üçün hazır düstur verdi: Moskva iki regionu ayrıca dövlət kimi tanıdı və əraziləri tamamilə hərbi-iqtisadi cəhətdən öz nəzarətinə götürdü.

Yaxın Şərqdə isə vəziyyət tarixən daha mürəkkəb xarakter daşıyıb. İsrail-Fələstin münaqişəsi Qarabağdan xeyli yaşlıdır, iki xalqın siyasi xəritədə milli dövlət kimi tanınması uğrunda əsrlərdir gedən mübarizəsiindi ekzistensial, yəni mövcudluq, varlıq savaşına keçib. Ona görə də münaqişə kifayət qədər beynəlmiləlləşib və dini mahiyyət qazanıb, son üç ildə Qəzza inzibati ərazi və yaşayış vahidi kimi silinib, regionun gələcək statusu üçün Sülh Şurası yaradılıb, humanitar fəlakətin miqyası və qaçqınlar problemi qlobal siyasi qarşıdurmaya çevrilib. Təsadüfi deyil ki, Fransa lideri Assambleya tribunasından məhz Fələstin üzərindən islam dünyasının rəğbətini qazanmağa çalışdı və təsirli çıxışısalonda alqışlandı.

İran ətrafındakı qlobal hərbi qarşıdurma daha da genişlənir. İranın nüvə proqramı, çoxillik embarqo və sanksiyalar, on üç ərəb ölkəsinə Tehrandan atılan raket zərbələri, Hörmüz dəhlizinin tez-tez bağlanması və dövlətlərin bir-birinə qarşı gücdən istifadə etməsi müvəqqəti razılaşmalara gətirsə də, böhran davam edir.

Rusiya-Ukrayna müharibəsi Qarabağla müqayisədə həm yaxın, həm də çox fərqli xüsusiyyətlərə malikdir. Açıq dövlətlərarası müharibə, nüvə dövlətinin iştirakı və Avropa təhlükəsizlik sisteminin gələcəyi savaşın miqyasını tamamilə dəyişdirir. Qarabağ Kiyev üçün nümunə ola bilmədi. Çünki Volodimir Zelenskinin Nyu-Yorkda verdiyi mesajlar Ulu öndər Heydər Əliyevin şəxsiyyət miqyası, siyasi cəsarəti və strateji baxışlarından çox-çox geri qalırdı. O, “raketlə Moskvaya gedəcəyini” söyləməklə medianın bir günlük effektinə işlədi. Doğrudur, ukraynalı liderin sərt leksikon üçün güclü əsasları var. Lakin 1990-cı illərin Azərbaycanı hərbi-siyasi meydanda təkbaşına savaşırdı. İndi 51 dövlətin misilsiz himayəsi və yardımı, o cümlədən, ukraynalıların qətiyyəti və qəhrəmanlığı sayəsində ayaqda qalan bir prezident onun vətənində aparılan qlobal savaşı durdurmağı bacarmalıdır.

Heydər Əliyev o zaman Moskvadan idarə olunan müharibəni dayandırıb sonra nifrət etdiyi Rusiya lideri ilə Kremldə görüşməyə getmişdi. Qorbaçova qalib gələn və “yaşasın Amerika” şüarı ilə demokrat obrazında nüfuz qazanan Yeltsin müəllifi olduğu kitabında Əliyevə qarşı əsassız ifadələr işlətmişdi. Lakin siyasət təmsil etdiyin millətin mənafeyi naminə şəxsi antipatiya və simpatiyanı bir kənara qoymağı tələb edir. Georgiyevski salonunda keçirilən görüş millətimizin taleyində dönüş anı adlandırıla bilər. Üstündən üç il keçəndən sonra məhz Vaşinqton səfərində Əliyev bəyan etmişdi ki, Moskvada müəyyən dairələr ona sui-qəsd edərək Azərbaycanı tamamilə ələ keçirməyə çalışır. Halbuki o zaman neft müqaviləsi artıq imzalanmış, regional güc nisbəti Bakının xeyrinə dəyişmiş, əksinə qeyri-sabitliyin episentri İrəvana keçmişdi. Levon Ter Petrosyanın devrilməsinə aparan yol ATƏT-in Lissabon sammitində qazanılan qətiyyətli qələbə və erməni icmasının danışıqlardan tamamilə kənarlaşdırılması ilə nəticələndi.

Ona görə də müqəddəs sentyabr günləri BMT sessiyası və Qarabağ müharibəsini eyni siyasi təqvimdə birləşdirir. Azərbaycanın Qələbəsi dünyanı ədalətli sülhə gətirən mühüm hadisədir. Əgər iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərini hüquqi sənəddə tam tanıyar, qarşılıqlı ərazi iddialarından imtina edər, diplomatik münasibətlər qurar və kommunikasiyaları açarsa, nəinki post-sovet məkanının uzunmüddətli münaqişə tarixində mühüm presedent yaranar, eləcə də digər müharibələri bitirmək üçün də nümunə meydana çıxar.

İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı burada xüsusi əhəmiyyət daşıyır. Prezident vurğulamışdı ki, əvvəlki illərdə yüksək tribunadan işğal, qətnamələrin icra olunmaması və beynəlxalq sistemin çatışmazlıqları haqqında danışırdı. 2025-ci ildə isə nitqini “qələbə və sülhə gedən yol” kimi qurur. Azərbaycanın BMT-dəki mövqeyi münaqişəsinin həllini vasitəçilərdən və ən güclü dövlətin mandatından gözləmir, indi qalib təhlükəsizlik arxitekturasını tarixində ilk dəfə özü qurur.

Qalib Azərbaycanı Təhlükəsizlik Şurasının daimi üzvlüyünə qəbul etməklə BMT-nin gələcək islahatına yeni məzmun vermək olar.İkinci dünya müharibəsindən sonra formalaşan Şura əslində qaliblər klubu kimi qurulmuşdu – beş daimi üzv məhz o müharibədən zəfərlə çıxan dövlətlər idi. Səksən il sonra beşlər klubunun tərkibi eynidir, halbuki dünya xeyli dəyişib. Azərbaycanın mandatı işğala məruz qalıb, lakin milli iradəsi və gücü ilə öz ərazi bütövlüyünü bərpa edən bütün xalqların səsi olar.

75-ci sessiyanın başa çatdığı günlərdə Qarabağ müharibəsi başlamışdı. Hesablama nöqtəsini də məhz oradan götürmək olar. Əliyevin BMT və dünya liderliyi ilə nail olduğumuz nəticə-Zəfər yeni dünya nizamının Cənubi Qafqazdan başlanmasına imkan verir.

Qlobal konfliktlərin həlli yollarını tapmağa çalışan qüvvələrin qarşısında tarixi bir nümunə yaranır. Ötən əsrin əvvəllərində Paris Sülh konfransı dünyada siyasi xəritələri cızan mərkəz idi. İndi vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan qalibiyyətinin legitimliyini və yeni geosiyasi arxitektura quruculuğunu Vaşinqtonda təsdiqlətməyi bacarıb. ABŞ liderinin öz parlaq çıxışında İlham Əliyevin adını çəkməsi tamamilə qanunauyğun hadisədir. Çünki ölkəmiz öz miqyasından daha böyük təhlükəsizlik və geopolitik nəticə qazanıb.

Azərbaycan BMT-ni xilas edib. Qarabağın otuz ildən artıq tarixi bir mühüm nəticəni aydın şəkildə dünyaya nümayiş etdirir: qətnamələri həyata keçirən güclü ordulardır, əks halda indi ölkəmiz də Nyu-Yorkdan dünyaya ədalətsizliyin hələ də davam etdiyinə dair növbəti bəyanatını verirdi.

Azərbaycanın Qarabağda qazandığı qələbə qlobal təhlükəsizlik sistemini də böhrandan çıxarmağa imkan verir. BMT-nin 81-ci sessiyasında beynəlxalq sistemin parçalanmasından, veto böhranından və böyük dövlətlərin özlərinin müxtəlif müharibə və qarşıdurmalara cəlb olunmasından danışıldığı bir vaxtda Cənubi Qafqaz yeni dövrə qədəm qoyur. Bir vaxtlar dünyanı ayıran Qarabağ münaqişəsi indi Azərbaycan və Ermənistanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və dövlət kimliyini qarşılıqlı tanıdığı sülh mərhələsinə keçir. Əgər proses yekun müqavilə ilə tamamlanarsa, Azərbaycanın Qarabağda qazandığı qələbə yalnız bir millətin uğuru kimi qalmayacaq, iki xalq arasında uzunmüddətli münaqişəyə son qoyulmasının parlaq beynəlxalq nümunəsinə çevriləcək. Yeni dünya nizamının dəyəri bir dövlətin daha çox konfliktə müdaxilə etməsi ilə müəyyənləşmir, hansı dövlətin tarixi düşmənçiliyi dayanıqlı sülhə çevirməsi ilə ölçülür!

Xalqımızın qələbəsi nəinki milli, yaxud türk dünyası və islam aləminin, eləcə də ədalət tərəfdarı olan bütün insanların, o cümlədən, BMT-nin baş binasının təməllərinə yazılan müqəddəs idealların təntənəsidir!

Zahid ORUC,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Previous Post

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Next Post

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

Bənzər yazılar

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28

Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma...

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Elchi.az...

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.