Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında ilk görüşünə çıxıb.
Elchi.az xəbər verir ki, idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solislə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, cüdoçumuz rəqibini vaxtından əvvəl ipponla məğlub edib.
Camal Qamzatxanovun növbəti turdakı rəqibi Xorvatiya cüdoçusu Mikita Svirid olacaq.





















