Fransa Prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin ölkədə rejim dəyişikliyinə səbəb olmayacağı fikrini ifadə edib.
Elchi.az xəbər verir ki, Makron bu barədə ABŞ-ın “ABC” telekanalına müsahibəsində bildirib.
“Mən hər hansı bir ölkəni bombardman etməklə rejim dəyişikliyinə nail olmağı məqbul variant hesab etmirəm. Bu, mənim üçün ən yaxşı fəaliyyət yolu deyil, çünki nəticə vermir. Son bir neçə onillikdə biz bu səhvi dəfələrlə etmişik”, – deyə Makron qeyd edib.
Eyni zamanda, o, İranın nüvə silahına sahib olmasının qarşısının alınmasını “hamı üçün çox vacib” məsələ kimi qiymətləndirib.
Yeganə





















