“ABŞ-ın müttəfiqləri müdafiə məsələsində Vaşinqtona həddindən artıq bel bağlayıb və öz təhlükəsizliklərinə kifayət qədər sərmayə qoymayıblar, lakin vəziyyət dəyişib”.
Elchi.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte bildirib.
“Amerikanın bəzi müttəfiqləri əsas yükün daşınması üçün Birləşmiş Ştatlara həddindən artıq bel bağlayırdılar. Onlar öz müdafiələrinə kifayət qədər sərmayə qoymurdular”, – deyə Rutte Ayovadakı forumda çıxışı zamanı bildirib.
Baş katibin sözlərinə görə, bu, uzun müddətdir mövcud olan bir məsələdir və ABŞ-ın ard-arda gələn administrasiyaları alyansın digər üzvlərini kollektiv müdafiəyə töhfələrini artırmağa çağırıblar.
“Lakin hər şey dəyişib – həm təhlükəsizliyimizə qarşı təhdidlər artdığı, həm də alyansın gücünü qorumaq üçün nələrin zəruri olduğuna dair yeni bir yanaşma formalaşdığı üçün,” – deyə Rutte bildirib.
ABŞ lideri Donald Tramp ikinci prezidentlik müddəti başlayandan bəri NATO-ya üzv ölkələri kifayət qədər töhfə vermədiklərinə görə dəfələrlə tənqid edib və onları müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağa çağırıb. İranla hərbi münaqişə başlayandan sonra ABŞ lideri alyans üzvlərinin ona yetərincə dəstək verməməsindən narazılığını ifadə edib. İyun ayında Rutte ilə görüşü zamanı Tramp müttəfiqlərin əksəriyyətindən məyus olduğunu bildirib.
Yeganə





















