Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub.
Elchi.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat verib.
“Bəzilərinin kinayəli fikirlərini eşidirəm: ‘Fələstinin tanınması sadəcə kağız üzərində qalır; reallığa baxın’. Lakin Qəzzadakı vəziyyət qarşısında kənardan seyrçi qalmağa davam etsək, bizə necə etibar edilə bilər?” – deyə o, tribunaya yumruq vuraraq və qızğın jestlərlə fikrini vurğulayıb.
Keçən il Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında Emmanuel Makron Fransanın Fələstin dövlətini tanımaq prosesinə başladığını elan etdi.
21 sentyabr 2025-ci ildə Böyük Britaniya Fələstini rəsmən tanıdı. Kanada, Avstraliya və Portuqaliya da oxşar qərarlar qəbul etdilər. Daha sonra bir sıra digər ölkələr Fələstin dövlətçiliyini tanımaq niyyətlərini açıqladılar.
Yeganə




















