"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

22 Sentyabr 2026 - 10:46
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, 2027-ci ilin dövlət büdcəsi layihəsində 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 625 milyon manat və ya 1.6 % artım proqnozlaşdırılır. Bunu yetərli sayırsınızmı?

– Bizim iqtisadiyyatımız enerji sektorundan çox asılıdır. Dünya bazarında neftin qiymətinin xeyli qalxmasına baxmayaraq ölkəmizdə neft hasilatı azaldığından gələn il büdcədə neft-qaz gəlirlərinin bu illə müqayisədə 0.92 milyard manat azalacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri isə 39.324 milyard manat proqnozlaşdırılır ki, bunun 11.900 milyard manatı Neft Fondundan transfert olacaq. Büdcə gəlirlərinin əhəmiyyətli artımı üçün iqtisadi sıçrayışa nail olmalıyıq. Bunun üçün böyük iqtisadi islahatlar həyata keçirilməli, ölkəyə xarici investisiya cəlbi üçün “Xarici İnvestisiyaların Cəlbi Strategiyası” hazırlanmalıdır. Yeni istehsal və emal müəssisələri yaratmadan, turizmi inkişaf etdirmədən ölkəmizdə güclü iqtisadiyyat, rifah dövləti qurmaq mümkün olmayacaq.

– Xarici investisiya cəlbi üçün nələr təklif oluna bilər?

– Bizdə “Xarici investisiyaların qorunması” və “İnvestisiya fəaliyyəti” haqqında qanunlar var. Amma təcrübə göstərir ki, bu yetərli deyil. 2024-ci ildə ölkəmizə birbaşa xarici investisiya qoyuluşu 7.05 miliyard dollar olubsa, 2025-ci ildə bu rəqəm 6.60 milyard dollar olub. Bizim imkanımız var ki, daha çox investisiya cəlb edək. Ermənistanla sülhə nail olmalı, mülkiyyətin maksimum qorunması ilə yanaşı (bu yalnız məhkəmə islahatları yolu ilə mümkündür), xarici investorlar üçün “proqnozlaşdırılan gəlirlilik” olmalıdr. İnvestor burada layihəsinin 10-15 illik perspektivdə gəlir gətirəcəyinə inanmalıdır. Bunun üçün uzunmüddətli vergi sabitliyi, elektrik, qaz, su və logistika xərcləri proqnozlaşdırılan olmalı, valyuta və mənfəətin ölkədən çıxarılması üzrə aydın qaydalar, sürətli elektron lisenziyalaşdırma olmalıdır. Amma təcrübə göstərir ki, bunlar da ölkəyə investisiya cəlbi üçün yetərli deyil. Bizi maraqlandıran hər bir xarici investorla görüşməli, ona hazır paketlər təqdim etməliyik. Paketdə layihə, infrastruktur, xammal, işçi qüvvəsi, satış bazarı, o cümlədən regional bazara çıxış, dövlət güzəşti, gözlənilən gəlirlilik göstərilməlidir. AZPROMO-nun fəaliyyəti gücləndirilməli xaricdə Azərbaycanın investisiya ofislərinin sayı artırılmalı, onlardan iş tələb olunmalıdır.
Həmçinin, böyük xarici şirkət Azərbaycanda zavod tikmək istəyirsə, amma mühəndis, proqramçı, texnik, menecer və ixtisaslı fəhlə tapa bilmirsə investisiya qoymayacaq. Ona görə peşə təhsili və universitetlər investorların ehtiyaclarına uyğunlaşdırılmalı, xaricdə təhsil proqramı genişləndirilməlidir. Ümid edirəm ki, ölkəmizdə bu istiqamətdə görülən işlər sürətləndiriləcək.

Previous Post

Yaponiyada tayfun xəbərdarlığı: 2 ölü, 1,9 milyon nəfər təxliyə edilib

Next Post

Aİ-nin Ali Nümayəndəsi Kallas “güclü təzyiq” altında olan BVM-in qorunmasına çağırır

Bənzər yazılar

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Next Post
Aİ-nin Ali Nümayəndəsi Kallas “güclü təzyiq” altında olan BVM-in qorunmasına çağırır

Aİ-nin Ali Nümayəndəsi Kallas "güclü təzyiq" altında olan BVM-in qorunmasına çağırır

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.