BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparılıb.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparıb, uzunmüddətli regional təhlükəsizliyi, sülhü və sabitliyi təşviq etmək məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığı vurğulayıblar.
Görüşdə Azərbaycanın əsas regional rolu vurğulanıb.





















