Xaçmazda uşaq 4 yaşlı qardaşını güllələyib

🗓 14.03.2018 11:44 ✍️ "Elçi" qəzeti
Xaçmazda uşaq 4 yaşlı qardaşını güllələyib
Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib. “Report” xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb. Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb. Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar