Daha bir ölkədə güclü zəlzələ baş verib

Çilidə 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəz bildirib ki, episentr 227 min nəfərin yaşadığı İkike şəhərindən 85 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 103 km dərinlikdə olub. Qeyd edək ki, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Xavər