Ararat Mirzoyan: 2024-cü ildə KTMT-yə üzvlük haqqını ödəməmişik

🗓 05.06.2025 14:59 ✍️ "Elçi" qəzeti
Ararat Mirzoyan: 2024-cü ildə KTMT-yə üzvlük haqqını ödəməmişik

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2024-cü il üçün üzvlük haqqını ödəməyib.

Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyan bu gün parlamentdə bildirib.

"KTMT-də iştirakımızın dondurulması ilə əlaqədar olaraq Ermənistan 2024-cü ildə bu təşkilata üzvlük haqqını ödəməyib", - XİN başçısı qeyd edib.

Bənzər yazılar