Kreml: Putin və Tramp Rusiyaya qarşı sanksiyaları müzakirə etməyiblər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp çərşənbə günü telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya sərtləşdirilməsi məsələsini müzakirə etməyiblər.
Elchi.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, sanksiya mövzusuna heç toxunulmadı", - o, bu gün jurnalistlərə bildirib.
Xatırladaq ki, Putin və Tramp arasında telefon danışığı iyunun 4-də baş tutub