Kim Çen In Putini təbrik etdi

KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In Rusiya Günü ərəfəsində Rusiya Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, teleqramı Rusiya Xarici İşlər Nazirliyinə KXDR-in Moskvadakı səfiri Sin Honq Çol verib.
Rusiya Günü hər il iyunun 12-də qeyd olunur. Bu il qeyd etmə ilə əlaqədar ruslar 12-dən 15-ə kimi həftəsonu keçirəcəklər.
Yeganə