Axtarışa verilən Azərbaycan vətəndaşı ekstradisiya edildi

🗓 13.06.2025 17:40 ✍️ "Elçi" qəzeti
Axtarışa verilən Azərbaycan vətəndaşı ekstradisiya edildi


Azərbaycan vətəndaşları Ramil Ramiz oğlu Məmmədov və Elçin Bayram oğlu Təhməzovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Bosniya və Herseqovinanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə  Elchi.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin qabaqcadan əlbir olan şəxs halında quldurluq etmə cinayət əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan edilib.
İyunun 12-də Ramil Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Elçin Təhməzovun Azərbaycana gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

Bənzər yazılar