İsrail ordusu İrandan gələn 3 pilotsuz təyyarəni vurub

🗓 13.06.2025 19:26 ✍️ "Elçi" qəzeti
İsrail ordusu İrandan gələn 3 pilotsuz təyyarəni vurub

İsrail ordusu İrandan göndərildiyi düşünülən 3 pilotsuz uçuş aparatının (PUA) Qırmızı dənizdə məhv edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail mətbuatının verdiyi ordudan verilən açıqlamada donanmaya aid Saar 6 sinif korvetlərinin Qırmızı dənizdə 3 pilotsuz uçuş aparatını ələ keçirdiyi bildirilib. 
Açıqlamada bildirilib ki, məhv edilən PUA-ların İrandan göndərildiyi qiymətləndirilib.
Şimalda hücum həyəcanı səslənib
İsrail mətbuatının verdiyi başqa bir ordu açıqlaması isə İrandan göndərilən pilotsuz uçuş aparatları (PUA) səbəbiylə İsrailin şimalında sirenlərin işə salındığını açıqlayıb. Ordunun İsrailin şimalı üzərində İrana məxsus iki pilotsuz uçuş aparatını vurduğu bildirilib.

Nuranə Məmmədova

Bənzər yazılar