İran prezidenti İsrailin hava hücumundan sonra xalqa müraciət edib

🗓 13.06.2025 17:00 ✍️ "Elçi" qəzeti
İran prezidenti İsrailin hava hücumundan sonra xalqa müraciət edib

Elchi.az xəbər verir ki,  İran prezidenti Məsud Pezeşkian İsrailin ölkə ərazisinə aviazərbələr endirməsindən sonra xalqa müraciət edib.
Pezeşkian İsrailin hücumunu cinayət adlandırıb. Onun sözlərinə görə, nə İran hakimiyyəti , nə də xalq buna cavab olaraq susmayacaq. Ölkə prezidenti qanuni olacaq güclü cavab verəcəyini vəd edib.
İran liderinin sözlərinə görə, düşmən adlandırdığı İsrail əməlindən peşman olacaq. Siyasətçi ölkəyə aviazərbələrin endirilməsini axmaq hərəkətlər hesab edib. O, sonda xalqı daha da birliyə, yalnız ölkənin hakimiyyət orqanlarına etibar etməyə, şayiə yaymaqla məşğul olmamağa çağırıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumundan məmnun idi . Onun sözlərinə görə, əməliyyat əla keçib və gələcəkdə daha çox şey gözləmək olar.

Nuranə Məmmədova

 

Bənzər yazılar