"Ukrayna ilə bağlı danışıqları davam etdirməkdə ciddiyik" - Zaxarova

🗓 11.06.2025 15:30 ✍️ "Elçi" qəzeti
"Ukrayna ilə bağlı danışıqları davam etdirməkdə ciddiyik" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin həlli ilə bağlı danışıqları davam etdirməyə ciddi hazırdır. 

Elchi.az xəbər verir ki, o, qeyd edib ki, danışıqlar proseslərinin bütün parametrləri Rusiya rəhbərliyi tərəfindən müəyyən edilib.

"Bizim Ukrayna böhranının həllinə yanaşmamız dəyişməz olaraq qalır. Rusiya hansısa razılaşmanın əldə edilməsi məqsədi ilə danışıqlar prosesini davam etdirməyə ciddi sadiqdir", - deyə Zaxarova bildirib.

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundu keçirilib. Söhbət zamanı tərəflər münaqişənin sülh yolu ilə həllinə dair memorandum mübadiləsi aparıblar.

Rusiya tərəfini Rusiya prezidentinin köməkçisi və nümayəndə heyətinin rəhbəri Vladimir Medinski, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisi, Rusiya Qəhrəmanı İqor Kostyukov və Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil ediblər.

Yeganə

Bənzər yazılar