Trampın hücumdan sonra ilk mesajı: Lazım gələrsə İsraili müdafiə edəcəyik

🗓 13.06.2025 10:06 ✍️ "Elçi" qəzeti
Trampın hücumdan sonra ilk mesajı: Lazım gələrsə İsraili müdafiə edəcəyik

ABŞ prezidenti Tramp: İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Biz görəcəyik. Rəhbərlik komandasında geri qayıtmayan (ölənlər) azdır. İsrailin İrana hücumları barədə əvvəlcədən məlumatım var idi.
ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumlarından sonra verdiyi ilk açıqlamada İranla nüvə müzakirə prosesini davam etdirməyə ümid etdiklərini ifadə edərək, "Lazım gələrsə, İsraili müdafiə edəcəyik" deyib.
Tramp telefonla Fox News-un aparıcısı Bret Baier-ə açıqlama verib.
Prezident Tramp deyib: "İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Biz görəcəyik. Rəhbərlik komandasında bir neçə nəfər var ki, onlar geri qayıtmayacaqlar (ölənlər).
İsrailin İrana hücumlarına Tehranın cavabını gözlədiyini qeyd edən Tramp, “Lazım gələrsə, İsraili müdafiə edəcəyik” deyib.

Bənzər yazılar