Ərdoğan elan etdi: Türkiyə bu ölkəyə 48 ədəd KAAN satır

🗓 11.06.2025 15:07 ✍️ "Elçi" qəzeti
Ərdoğan elan etdi: Türkiyə bu ölkəyə 48 ədəd KAAN satır

Türkiyə İndoneziya ilə KAAN qırıcılarının ixracı üzrə ilk müqaviləni imzalayıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat yayıb.

O bildirib ki, razılaşma çərçivəsində Türkiyə İndoneziyaya 48 ədəd KAAN - ilk milli istehsal olan türk qırıcı təyyarəsini tədarük edəcək.

Yerli medianın məlumatına görə, saziş İndoneziyadakı “İNDO Defence 2025” sərgisi çərçivəsində imzalanıb. Sazişin ümumi dəyəri 10 milyard dollar təşkil edəcək.

Xatırladaq ki, beşinci nəsil KAAN qırıcısı türk istehsalı olan ilk milli döyüş təyyarəsidir. Qırıcının təcrübi prototipi ilk uçuşunu 22 fevral 2024-cü ildə həyata keçirib. Seriya istehsalı 2028-ci ilə planlaşdırılıb.

 

Bənzər yazılar