Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki...

🗓 11.06.2025 17:45 ✍️ "Elçi" qəzeti
Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki...


Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək.
 Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Xatırladaq ki, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Həmin tarix bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.

 

Bənzər yazılar