Peskov: "Rusiya ilə ABŞ arasında dialoq davam edir"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ilə ABŞ arasında qarşılıqlı əlaqə davam edir.
Elchi.az xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev bildirib ki, Moskva və Vaşinqton ikitərəfli münasibətlərdəki problemlərin həlli üzrə məsləhətləşmələri İstanbuldan Moskva və Vaşinqtona köçürmək barədə ilkin razılığa gəliblər və növbəti danışıqlar yaxın vaxtlarda Rusiya paytaxtında keçiriləcək.
“Gördüyünüz kimi, bu dialoq davam edir”, – Peskov jurnalistlərə deyib.
IMEMO RAS-ın direktoru Fyodor Voitolovskinin sözlərinə görə, danışıqların növbəti raundunun Moskvada baş tutması çox yaxşı əlamətdir.
Yeganə