Rusiya: Ağır yaralı məhbusları Ukrayna ilə dəyişdirəcəyik

🗓 11.06.2025 17:00 ✍️ "Elçi" qəzeti
Rusiya: Ağır yaralı məhbusları Ukrayna ilə dəyişdirəcəyik


İstanbulda Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski sabah Ukrayna ilə cəbhə bölgəsindən ağır yaralı məhbusların mübadiləsinin aparılacağını açıqlayıb.
 Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski sosial media hesabında Rusiya ilə Ukrayna arasında əsgər cəsədlərinin dəyişdirilməsi ilə bağlı açıqlamalar verib.
İstanbulda əldə olunan razılaşmaya uyğun olaraq cəsədlərin təhvilinə başlandığını bildirən Medinski, "Ukrayna Silahlı Qüvvələrinin 1212 əsgərinin cəsədini Ukrayna tərəfinə təhvil verdik. Rusiya Silahlı Qüvvələrinin 27 əsgərinin cəsədi bizə qaytarıldı" ,- deyib.
Medinski Rusiya ilə Ukrayna arasında cənazə köçürmə əməliyyatlarının davam edəcəyini və iyunun 12-də cəbhə xəttindən ağır yaralı məhbusların mübadiləsinə də başlayacaqlarını qeyd edib .
İyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar nəticəsində 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərlə 25 yaşından kiçik əsir əsgərlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib.

Bu razılaşma çərçivəsində iyunun 9-u və 10-da Rusiya ilə Ukrayna arasında iki mərhələdə yaşı 25-dən az olan, ağır xəstə və yaralı əsgərlərin əsir mübadiləsi həyata keçirilib.
Ukrayna bu gün müharibədə həlak olan 1212 ukraynalı əsgərin cəsədinin Rusiyadan Ukrayna tərəfinə təhvil verildiyini açıqlayıb.

Nuranə Məmmədova

 

Bənzər yazılar