NATO-dan İranla bağlı hücumlara dair açıqlama: İsrailin "tək tərəfli addımı"

NATO-nun baş katibi Mark Rutte İrana hücumların İsrailin “birtərəfli hərəkəti” olduğunu vurğulayaraq, ABŞ da daxil olmaqla müttəfiqləri gərginliyi azaltmağa çağırıb.
Elchi.az xəbər verir ki, Rutte İsveçin baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında İsrailin İrana hücumunu dəyərləndirib.
"Bu, açıq şəkildə sürətlə inkişaf edən bir vəziyyətdir. Bu, İsrailin birtərəfli hərəkəti idi" dedi Rutte, belə davam etdi:
"Düşünürəm ki, ABŞ da daxil olmaqla, bir çox müttəfiqlərin gərginliyi azaltmağa çalışması həyati əhəmiyyət kəsb edir. Və bilirəm ki, onlar bunu edirlər."
İSRAİL İRANDA BİR ÇOX ŞƏHƏRƏ HÜCUM EDİR
İsrail bu gün səhər saatlarında İranın paytaxtı Tehrana, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Luristan və Kirmanşah şəhərlərinə hücum edib.
Hücumlarda İran Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, general-mayor Hüseyn Səlami və 6 nüvə alimi də daxil olmaqla yüksək rütbəli hərbçi həyatını itirib. İsrailin Tehrandakı hücumlarında mülki yaşayış məntəqələri də vurulub, çoxlu mülki vətəndaş həyatını itirib.
Şayəstə Hüseynova