İranın Baş Qərargah rəisi Baqiri İsrailin hücumu nəticəsində həyatını itirib

🗓 13.06.2025 09:58 ✍️ "Elçi" qəzeti
İranın Baş Qərargah rəisi Baqiri İsrailin hücumu nəticəsində həyatını itirib

İranın Baş Qərargah rəisi Məhəmməd Baqirinin İsrailin İrana hücumu nəticəsində həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyası İsrailin Baqiriyə hücum etdiyini açıqlayıb. Hücum zamanı İran Baş Qərargah rəisi Baqirinin həyatını itirdiyi qeyd edilib.
İsrailin Natanz nüvə obyektlərinə hücumundan sonra Qum-İsfahan avtomobil yolunun nəqliyyata bağlandığı açıqlanıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Yol Polisinin rəisi Seyid Teymur Hüseyni mövzu ilə bağlı açıqlama verib.
Hüseyni İsrailin hücumlarından sonra Natanz nüvə obyektlərinin yaxınlığındakı Qum-İsfahan avtomobil yolunun növbəti xəbərdarlığa qədər nəqliyyat üçün bağlandığını bildirib.
Qeyd olunub ki, magistralın vəziyyəti və hücumla bağlı ətraflı məlumat daha sonra açıqlanacaq.
İsrail müxtəlif şəhərlərdə İran hədəflərinə hücumlar təşkil edib və nüvə obyektləri və hərbi məntəqələri hədəf aldığı iddia edilən bu hücumlarda bəzi yüksək rütbəli iranlı komandir və elm adamlarının həyatını itirdiyi bildirilib.

Şayəstə Hüseynova

Bənzər yazılar