Vergilər Departamenti ləğv edilib

🗓 03.02.2015 11:29 ✍️ "Elçi" qəzeti
Vergilər Departamenti ləğv edilib
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”ndaOLYMPUS DIGITAL CAMERA dəyişiklik edilməsi haqqında sərəncam verib.
  APA-nın məlumatına görə, sərəncama əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti ləğv edilib.   Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi isə  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bənzər yazılar